DÇ-2018-in matçı neytral meydanda

14:48 - 24 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - Kosova matçı neytral stadionda baş tutacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb Ukraynanın Kosovanın müstəqilliyini tanımamasıdı. Bu barədə məlumatı Ukrayna Futbol Federasiyasının rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, oyun Polşanın Krakov şəhərində keçiriləcək. Məsələ artıq FİFA ilə də razılaşdırılıb.

 

Qeyd edək ki, sözügedən oyun oktyabrın 9-da keçiriləcək

Xəbər xətti