Nazir yenidən Federasiya prezidenti oldu

15:38 - 24 Sentyabr 2016

Bu gün Rusiya Futbol İttifaqında (RFİ) növbədənkənar prezident seçkiləri keçirilib.

 

Sportal.az xəbər verir ki, ölkənin idman naziri Vitali Mutko RFİ-nin yeni prezidenti seçilib. RFİ-nin  prezidenti vəzifəsinə namizədlər sırasında Mutko ilə yanaşı, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev olub.

 

Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), Qazzayev isə 142 səs (35 faiz) toplayıb.

 

Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005-09-cu illərdə RFİ-nin prezidenti vəzifəsində çalışıb. O, 2 sentyabr 2015-ci ildə yenidən bu vəzifəyə bir il müddətinə seçilib.

 

Xəbər xətti