İngiltərə klubu ulduz futbolçulardan imtina etdi

16:16 - 24 Sentyabr 2016

Bir vaxtlar oynadıqları futbolla bir çox aparıcı klubların transfer siyahısında olan tanınmış futbolçular Maruan Şamax və Mohamed Sissoko indi klub tapmaqda çətinlik çəkirlər. İngiltərə Premyer Liqasında aşağı pillələrdə yer alan "Vest Bromviç" klubu da onları transfer etməkdən imtina edib. Belə ki, hər iki futbolçu bir müddət komandada məşq etsə də, onların performansı məşqçilər korpusunu qane etməyib.
 
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun baş məşqçisi Toni Pulis də təsdiqləyib. O, keçirdiyi mətbuat konfransında Şamax və Sissoko haqqında danışıb: "Şamax və Sissokonu transfer etməkdən imtina etdik. Onlar komandamızdan gedəcəklər. Hər iki futbolçuya gələcək karyeralarından uğurlar arzulayıram". 
 
Qeyd edək ki, "Arsenal"ın sabiq futbolçusu olan Şamax ötən mövsümü "Kristal Pelas"da, karyerası ərzində "Yuventus", "Liverpul" və PSJ kimi klublarda oynamış Sissoso isə "Şanxay Şenxua"da keçirib.

 

Xəbər xətti