Tərlan Əhmədov: "Onun kimi liderə ehtiyacımız yoxdu" MÜSAHİBƏ

18:30 - 24 Sentyabr 2016

Azərbaycan çempionatının 6-cı turu çərçivəsində AZAL evdə "İnter”ə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
 
"Son oyunlara baxsaq, çıxış etdik. Uşaq səhvləri buraxdıq. İşimiz çoxdu. Rəqibdən üstün oynadıq, amma alınmadı. Son turlarda çox top buraxırıq. Ötən il hamı "Azal Arena”da hamıya qalib gəlməyimiz barədə yazırdı, maraqlıdı indi nə deyəcəklər. Ola bilsin, gələcəkdə dəyişiklik etdim. Artıq gözləmək imkanımız yoxdu. İlk yarıda yaxşı çıxış edə bilməsək də sonradan oyunumuzu da qaydasına qoya bildik".
 
- Klub rəhbərliyi ilə görüşdünüz?
- Fikrət müəllimlə görüşdük və minumum qışa kimi qalmalıyam. İndi getsəm, xəyanət kimi olar. Komandanı toparlamalıyam və bundan sonra istefa haqqında düşünəcəm.
 
- AZAL Rail Məlikov və Stanislav Namaşkodan bu qədərmi asılı idi ki, onların yoxluğu bu dərəcədə hiss olunur...
- Rail lider idi. Amma ötən il ilk turlarda da ən çox tənqid olunurdu. Hazırda onun kimi liderə ehtiyacımız yoxdu. Qapıçılarmıza heç bir iradımız yoxdu. Railin varlığı mərkəzdə bizim problemlərimiz aradan qaldırmasına kömək edirdi.
 
- Qışda Fikrət müəllim komandaya yeni 2-3 futbolçunun cəlb ediləcəyini bildirib...
- Bəlkə də çox oldu. Fikrət müəllim təxmini deyib. Amma belə getsə bu say 5-6 nəfər olacaq. Qapıdan başqa hər möveyə yeniliklər olacaq.
 
- Adan Koronadonu ilk hissədə əvəzlədiniz. Ruslan Əmircanovu sona yaxın buraxdınız. Düşünmək olar ki, onlar sizin qara siyahıdadı?
- Kimi tez əvəzləyirəmsə, o demək deyil ki, qara siyahıdadı. Sadəcə, Əmircanovu Ruslan Nəsirli ilə əvəz edib onun sürətindən və cinah asmalarından istifadə etmək istəyirdik. (Futbol11.az)

Xəbər xətti