"Kəpəz" - "Qarabağ" matçı təxirə salındı

19:12 - 24 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 6-cı turun daha bir oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, "Zirə" - "Qəbələ" görüşündə qalib müəyyənləşməyib.  

 

Bu günə nəzərdə tutulan digər görüş isə baş tutmayıb. Güclü yağış səbəbindən “Kəpəz” – “Qarabağ” oyunu təxirə salınıb. Oyun sabah saat 12:00-da Tovuz şəhər stadionunda başlanacaq.

 

Zirə” - “Qəbələ” - 1:1

QOLLAR: Muxtar Əliyev, 10 (pen) - Ravil Yusifli, 11

Xəbər xətti