"Gənc Qapıcılar Klubu" fəaliyyətə başlayır

00:22 - 25 Sentyabr 2016

"Vətən" Futbol Məktəbinin nəzlində "Gənc Qapıcılar Klubu" fəaliyyətə başlayır.

 

Sportal.az xəbər verir ki, ilk məşqin 26.09.2016-cı il tarixində saat 11:00-da 7-ci mikrorayonda yerləşən "Vətən" Futbol Məktəbinin məşq mazasında keçiriləcək. Bu barədə saytımıza klubun rəhbəri Xəyal Zeynalov məlumat verib. O, məqsədlərinin yeni qapıçıları üzə çıxarmaq olduğunu bildirib:

 

"Bizim məqsədimiz Bakıda yerləşən bütün uşaq futbol məktəblərində oynayan qapıçıları klubumuza cəlb edib, yeni qapıçıları üzə çıxarmaqdır. Bunun üçün də əlavə olaraq həfətədə iki gün "Vətən" Futbol Məktəbinin nəzdində "master klass" məşqlər keçməyi qərara almışıq. İlk məşqimiz 26.09.2016-cı il tarixdə baş tutacaq".

Xəbər xətti