"Qəbələ"nin rəqiblərindən fərqli nəticələr

00:32 - 26 Sentyabr 2016

Futbol üzrə Belçika çempionatında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.

 

Brüssel təmsilçisi doğma meydanda "Vesterlo" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən 1 - 2 hesablı məğlubiyyətlə ayrılıb.

 

 

"Qəbələ"nin digər rəqibi "Sent-Etyen" sə Fransa çempionatının 7-ci turunda növbəti matçına çıxıb. Təmsilçimizin rəqibi öz evində "Lill"i 3 - 1 hesabı ilə məğlub edib.

Xəbər xətti