Eratlı "Duysburq" qələbə qazandı

00:47 - 26 Sentyabr 2016

Almaniya üçüncü Bundesliqasında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Tuğrul Eratın çıxış etdiyi "Duysburq" da növbəti matçına çıxıb.

 

Millimizin üzvünün komandası səfərdə "Erfrut"un qonağı olub. "Duysburq" bu qarşılaşmadan 1 - 0 hesablı qələbə ilə ayrılıb. Erat bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Duysburq" 9 turdan sonra 18 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti