"Hamburq"un yeni baş məşqçisi məlum oldu

00:59 - 26 Sentyabr 2016

Almaniya Bundesliqasında mübarizə aparan "Hamburq” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komanda Markus Qisdola tapşırılıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Son olaraq "Hoffenhaym”ı çalışdıran mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 
 
Qeyd edək ki, "Hamburq” bu gün ardıcıl uğursuz oyunların ardından  baş məşqçisi Bruno Labbadia ilə yollarını ayırmışdı.

Xəbər xətti