"Fiorentina "Qarabağ"la matçdan öncə "Milan"la heç-heçə etdi VİDEO

01:16 - 26 Sentyabr 2016

İtaliya A Seriasında 6-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son matçı Florensiyada baş tutub. Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Fiorentina" öz meydanında "Milan"ı qəbul edib. Qarşılaşma 0 - 0 hesablı bərabərliklə yekunlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində sentyabrın 29-da səfərdə "Fiorentina"nın qonağı olacaq.

 

"Fiorentina" - "Milan" 0:0

 

 

Xəbər xətti