Elnur Cəfərov Xorvatiyada növbəti matçına çıxdı

01:53 - 26 Sentyabr 2016

Futbol üzrə Xorvatiya ikinci liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etiyi "Duqopolye" də növbəti matçına çıxıb. Elnurun komandası klub doğma meydanda "Rudes" Zaqreblə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Ötən tur "Dinamo" Zaqreb B ilə səfər oyununda (0:1) 45 dəqiqə oynamış gənc futbolçu bu matçın 81-ci dəqiqəsində meydana buraxılıb.  

 

Qeyd edək ki, "Duqopolye" 8 turdan sonra aktivində olan 14 xalla 12 klub arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti