Millimizin baş məşqçisi: "Başımızı aşağı salmamalıyıq"

10:22 - 26 Sentyabr 2016

“Portuqaliyaya qarşı əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda”.

 

Sportal.az xəbər verir ki, bunu futzal üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilmiş Azərbaycan – Portuqaliya oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Junior deyib.

 

Təcrübəli mütəxəssis yığmamızın 2:3 hesablı məğlubiyyətini şərh edib:

 

“Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq. Doğrudu, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq. Artıq gələcək barədə düşünməliyik. Hesab edirəm ki, ümumilikdə, komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.

 

Xəbər xətti