"Neftçi" yeni transferini sifariş etdi

13:47 - 26 Sentyabr 2016

Son zamanların uğursuz komandası olan "Neftçi”nin gənclərdən ibarət milli komandamızın üzvü Tərzin Cahangirovu transfer etməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 24 yaşlı futbolçu ilə gücləndiyini rəsmən bəyan edib. Belə ki, "ağ-qaralar” mövsümün sonuna qədər müqavilə imzaladığı futbolçunun adını PFL-dən qeydiyyatdan keçirib. Daha öncə bildirdiyimiz kimi, Cahangirov yeni komandasında 23 nömrəli forma altında çıxış edəcək. 
 
Maraq üçün bildirək ki, "Qəbələ”nin yetirməsi olan Tərzinin son klubu "Zirə” olub. O, daha öncə "Sumqayıt”da icarə əsasında çıxış edib.

 

Xəbər xətti