"Qəbələ" - "Maynts" oyununun biletləri satışda

15:15 - 26 Sentyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb. 

 

Sportal.az xəbər verir ki,biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. 

 

Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.

Xəbər xətti