Millimizin qolkiperi yenə də əlçatmazdır

16:16 - 26 Sentyabr 2016

Futzal üzrə DÇ-2016-nın 1/4 final mərhələsinin oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda ciddi dəyişikliklər olmayıb. Millimizin qapıçısı Rövşən Hüseynli yenə də zirvədədir. 1/4 final mərhələsində Portuqaliyaya qarşı oynamayan Hüseynliyə rəqibləri çata bilməyib. Aktivində 64 qurtarışı olan Rövşən 4 oyunda qapısına vurulan zərbələrin 81 faizini dəf etməyi bacarıb.

 

Siyahıda 2-ci pillənin sahibi 57 seyvlə mozambikli Nelsondur. 3-cü pillədə olan İran millisinin qapıçısı Əlirza Səmimi isə 1-cidir.

Xəbər xətti