"Qəbələ" və "Maynts" fərqli məkanlarda

18:45 - 26 Sentyabr 2016

Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.
 
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da 8-ci kilomter qəsəbə stadionunda, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

Xəbər xətti