Ramil Şeydayev Mustafa Yumlu "oldu" FOTOLAR

00:51 - 27 Sentyabr 2016

Türkiyənin "Trabzonspor” klubunun bu gün baş tutan məşqi maraqlı anlarla yadda qalıb.

 

Sportal.az xəbər verir Qara dəniz təmsilçisinin futbolçuları ötən gün 29 yaşı olan Mustafa Yumlunun ad gününü bu gün baş tutan məşqdə qeyd ediblər. 
 
Belə ki, bütün kollektiv Yumlunun bənzəri olan maskanı taxıb və ad günü tortunu kəsiblər. Yumlu qarılaşdığı hadisələrin özü üçün xoş olduğunu vurğulayıb.
 
Qeyd edək ki, "Trabzonspor”un şərəfini qoruyan milli komandamızın hücumçusu Ramil Şeydayev də haqqında söhbət açdığımız məşqdə iştirak edib.

 

 

Xəbər xətti