"Maynts" Bakıya itkiylə gəlir

00:57 - 27 Sentyabr 2016

Bu həftə Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qəbələ”ylə qarşılaşacaq “Maynts” itkiylə üzləşib.


Sportal.az xəbər verir ki, Almaniya Bundesliqasının son turunun “Bayer”ə qarşı oyununda (2:3) zədələnən Leon Baloqun Bakıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Xatırladaq “Maynts” - “Bayer” oyununda start heyətində yer alan 28 yaşlı müdafiəçi cəmi 10 dəqiqə sonra zədələnərək əvəzlənmişdi.

 

“Qəbələ” - “Maynts” oyunu sentyabrın 29-da, saat 19:00-da start götürəcək.

 

Xəbər xətti