Əmrə Mordan Ronaldoya mesaj FOTO

12:33 - 28 Sentyabr 2016

Türkiyə millisinin və Dortmund "Borussiya"sının futbolçusu Əmrə Mor Çempionlar Liqasının 2-ci turunda "Real"a qarşı keçirilən oyundan sonra Kristiano Ronaldoya təşəkkür mesajı yollayıb.

 

Sportal.az xəbər verir ki, sosial şəbəkə hesabında Ronaldo ilə ilə birgə olan fotosunu paylaşan gənc futbolçu bu sözləri yazıb:

 

"Xəyalı qurma, onları yaşa. Mənə hər gün verdiyin motivasiya üçün təşəkkür edirəm, Kristiano".

 

Əlavə edək ki, 2:2 hesabı ilə başa çatan matçda Əmrə Mor oyun 78-ci dəqiqədə daxil olub.

 

Xəbər xətti