Hakimin avtomobilinə bomba atıb partlatdılar

13:55 - 28 Sentyabr 2016

Futbol referisi Giorgos Nikalau Cənubi Kiprdə xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, referinin avtomobilinə bomba yerləşdirilib. Bunu açıqlamasında Hakimlər Komitəsinin sədri Karalambos Skapouillis açıqlayıb. Onun sözlərinə görə, gecə saat 03:00 radələrində hakimin maşınına qoyulan bomba partladılıb. Sədrin fikrinə görə, bu xoşagəlməz durum onun hakimliyi ilə bağlı deyil. Karalambos bildirib ki, Nikalau son dönəmlər əla idarəçiliyi ilə yadda qalır.

 

Polis kiprli azarkeşlərdən şübhələnir.

Xəbər xətti