AZAL-ın zədəlisi uzun müddətdən sonra qayıtdı

14:23 - 29 Sentyabr 2016

Bu ilin aprel ayında dizindən əməliyyat olunan AZAL-ın futbolçusu Taqim Novruzov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.


Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddət fizioterapiya kursu keçən yarımmüdafiəçi artıq əsas heyətin üzvləriylə birlikdə hazırlaşır. Oyun təcrübəsinin azlıgı onun hələ rəsmi oyunlarda iştirakına imkan vermir.

 

Novruzovun oktyabr ayında milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasilədə AZAL-ın keçirəcəyi yoxlama görüşlərində meydana çıxacagı gözlənilir. Hər halda, klub həkimləri onun maçtlarda iştirakı üçün heç bir problem görmür.

 

Xəbər xətti