Ronaldo 15 milyon funt-sterlinq ziyana düşdü

17:42 - 29 Sentyabr 2016

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, portuqaliyalının özəl təyyarəsi eniş zamanı yerə çırpılıb. Buna Barselonanın "El Prat" hava limanına enməyə çalışan təyyarədə yaranmış nasazılıq səbəb olub. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Ronaldo da "Real"la birlikdə Almaniyada olduğundan hadisə zamanı təyyarənin içində olmayıb.
 
Qeyd edək ki, sözügedən təyyarəni Ronaldo ötən il 15 milyon funt-sterlinqə almışdı.

Xəbər xətti