Yunus Mallı: "Qəbələ" "Sent-Etyen"dən xal ala bilər"

00:03 - 30 Sentyabr 2016

"Çox çətin oyun idi. Çətin olacağını oyundan öncə də bilirdik. 3 xal qazandığmız üçün çox xoşbəxtik. İlk hissədə müəyyən səhvlər etdik və yaxşı oynaya bilmədik. Ancaq sonradan toparlandıq, bunun sonunda da vacib qələbəmizi qazandıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Almaniyanın "Maynts” klubunun futbolçusu Yunus Mallıya məxsusdu. 
 
Türkiyə millisinin üzvü Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ” – "Maynts” (2-3) oyunundan sonra əməkdaşımızın suallarını cavablandırıb. 
 
Mallı oyunun dönüş nöqtəsi haqda danışıb: "Dediyim kimi, 2 qol buraxsaq da, irəli atıldıq. Yaxşı oyun sərgiləyirdik. Çoxaylı qol vəziyyətləri yaratdıq və sonda iki qol vurmağı bacardıq”.
 
24 yaşlı futbolçu "Qəbələ”nin yaxşı komanda olduğunu da vurğulayıb: "Bilirdik ki, "Qəbələ” yaxşı oynayacaq. Onların Azərbaycan çempionatındakı nəticələri bundan xəbər verirdi. Rəqibin çempionatda qol buraxmamasından da xəbərdar idik. Bu gün də bunun şahidi olduq. "Qəbələ”nin qolunandan sonra azərbaycanlı azarkeşlər də susmaq istəmirdilər. Bakıda 3 xal qazanmaq çox çətindi”.
 
Mallı "Qəbələ”nin qrup mərhələsindəki növbəti rəqibi "Sent-Etyen”lə oyunda şanslarını dəyərləndirib: "Bu qrup çox çətindi. İstənilən komandadan xal qoparmaq olar. "Qəbələ” bu gün oynadığı oyunu oynasa "Sent-Etyen”dən xal ala bilər. Biz öz oyunlarımızı düşünməliyik. 4 xal qazanmışıq və bu, bizim üçün əla başlanğıcdı. "Anderlext”lə oyundan xal almağa çalışacağıq”.
 
Yunus Azərbaycan təəssüratları haqqında da fikir bildirib: "Azərbaycan qardaş ölkədi. Bura ilk dəfə idi ki, gəlirdim. Bakı həqiqətən də gözəl şəhərdi. İnşallah bir gün paytaxtınızı gəzmək imkanım olacaq. Ancaq bu gün oyun üçün bura gəlmişdik. Ümid edirəm ki, bir daha bura səfər edəcəyəm”.

Xəbər xətti