Əliyar Ağayevin Tottini cəzalandırdığı matçda "Roma" qalib gəldi VİDEO

00:58 - 30 Sentyabr 2016

Avropa Liqasında qrup mərhələsinin ikinci turunun qarşılaşmaları keçirilib.

 

Sportal.az xəbər verir ki, E qrupunda "Roma" doğma meydanda Rumıniyanın "Astra" klubunu qəbul edib. İtlayanlar bu görüşdə rəqibini 4 - 0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, bu oyunu azərbaycanlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Əliyar Ağayev olub. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olub. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib.

 

Əliyar Ağayev bu qarşılaşmada əlini üç dəfə cibinə atmalı olub. Həmyerlimiz meydan sahiblərindən Françesko Tottini, qonaqlardan isə Geraldo və Cunior Moraisi sarı vərəqə ilə cəzalandırıb.

 

"Roma" - "Astra" 4:0

QOLLAR: Kevin Strutman, 15, Federiko Fazio, 45, Fabrisio, 47 (öz qapısına), Muhamed Salah, 55

 

 

Xəbər xətti