Babakar: "Rəqib azlıqda qalandan sonra oyunumuz asan keçdi"

12:28 - 30 Sentyabr 2016

“Oyun göstərdi ki, komandamız düzgün yoldadır. İki qol vuraraq qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm”.

 

Sportal.az xəbər verir ki, bunu “Fiorentina”nın forvardı Kuma Babakar deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edən “Fiorentina” 5:1 hesablı qələbəyə sevinib.

 

Oyunda dubl edən Babakar matçla bağlı fikirlərini bölüşüb:

 

“Baş məşqçimiz mənə rəqib müdafiəçiləri hər zaman gərginlikdə saxlamağı tapşırmışdı. Rəqib azlıqda qalandan sonra oyunumuz asan keçdi. “Qarabağ” kimi komandaya qarşı belə oyun sərgiləmək yaxşıdır. Mən hələ öz oyunumu istədiyimi kimi nümayiş etdirə bilmirəm”.

 

Babakar Mauro Zarate üçün xoşbəxt olduğunu bildirib:

 

“Zarate üçün çox xoşbəxtəm. O, xərçəng xəstəliyindən əziyyət çəkən xanımının yanında idi. Bu qollar ona çox kömək olacaq. Həyatda belə hadisələr çox olur. Mən onun üçün ən yaxşısını arzulayıram”  

Xəbər xətti