UEFA-nın prezidenti: "Azərbaycanın avrokubok finalı keçirmə şansı var"

13:01 - 30 Sentyabr 2016

"Bu cür tədbirlərin keçirilməsi futbolun inkişafına böyük kömək göstərir. AÇ-2020-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar".

 

Sportal.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

 

O, AÇ-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: "Loqonun arxasındakı ideya millətləri birləşdirir".

 

Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: "24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Gözəl görüntüsü var, çox gözəl stadiondur. Dünən "Qəbələ" - "Maynts" görüşünü izlədim. Həmin arena da gözəldir". 

 

UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: "Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var".

Xəbər xətti