Zenyov: "Şanslarımız azalıb" MÜSAHİBƏ

13:55 - 30 Sentyabr 2016

"Qəbələ”nin futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ” – "Maynts” (2-3) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 
- "Qəbələ”nin yeni bombardirisiz. Bunun sizin üçün xüsusi önəmi var?
- Əlbəttə, belə uğura sahib olmaq mənim üçün xoşdu. Ancaq əsas mənim komandamın qələbəsidi. Əgər bunu edə bilməmişiksə, deməli  heç bir mənası yoxdu. 
 
- Qrupun ardıcı iki oyununda məğlub olursunuz. Necə düşünürsən, qələbə qazanmaq üçün hansı dəyişiklikləri etmək lazımdı?
- Bu, məşqçilərin işidi. Məncə, baş məşqçimiz gələcək oyunlarda uğur qazanmaq üçün öz tapşırıqlarını verəcək. 
 
- Bəs, qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?
- İki məğlubiyyətlə başlamışıqsa, şanslarımız azalıb. Növbəti oyunlarda maksimum nəticə göstərməliyik.
 
- Çempionatın növbəti turunda "Qarabağ”la qarşılaşacaqsınız. Həmin oyun haqqında nə deyə bilərsən?
- Çox vacib qarşılaşmalardan bir olacaq. Bu oyun  turnir cədvəli baxımından önəmli ola bilər. Yaxşı dincəlib "Qarabağ”la oyuna hazırlaşmalıyıq. Ümid edirəm ki, həmin oyunda sevinən tərəf olacağıq. 
 
- Sizin üçün vacib olan nədi? Avropa Liqasında yaxşı çıxış etmək, yoxsa Premyer Liqada çempion olmaq və növbəti mövsüm Çempionlar Liqasında oynamaq?

- Bunları fərqləndirmək istəməzdim. Biz istənilən turnirdə uğurlu çıxış etmək istəyirik. Həmçinin də Azərbaycan çempionatında. 
 
- Üzərinizdə təzyiq olduğunu hiss etmirsiniz?
- İstənilən halda məğlub oldunsa, fərqli əhvalda olursan. Ancaq üzərimizdə təzyiq hiss etmirəm.
 
- "Qəbələ”nin ehtiyat oyunçular skamiyası geniş deyil...
- Seçim imkanı az olsa da, bəzən dəyişikliklər olur. 
 
- Milli komandaya da dəvət alırsız. Bir neçə hissəyə bölünmək çətin deyil? 
- Belə sıxlığa öyrəşməyə və mübarizə aparmağa çalışırıq.
 
- Uiks və Nikanın olmaması komandaya necə təsir etdi?
- Əlbəttə, onların yoxluğu bizim üçün ciddi itkidi. Həqiqətən də çətindi. Onlar olmayanda, meydanın mərkəzində oyun qurmaq çətin olur. Hər bir oyunçunun yoxluğunu komandamız üçün ciddi itki hesab edirəm.  

 

Xəbər xətti