Millinin yeni baş məşqçisi məlum oldu

16:46 - 30 Sentyabr 2016

Kot-D'İvuar milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 2014-cü il dünya çempionatından sonra istefa verən Sabri Lamuçinin əvəzləyicisi məlum olub. Belə ki, milli komandanın sükanı arxasına fransız baş məşqçi Herve Renard gətirilib. Bu barədə məlumat Fildişi Sahili Futbol Federasiyasının "tvitter" hesabından verilib.

 

Qeyd edək ki, 45 yaşlı mütəxəssisin son iş yeri Fransanın "Soşo" klubu olub. O, Anqola və Zambiya milli komandalarının da baş məşqçisi postunda çalışıb. Fransız çalışdırıcı Zambiya milli komandası ilə 2012-ci ildə Afrika Millətlər Kubokunun qalibi olmağı da bacarıb.

Xəbər xətti