"Fənərbaxça"da şok itki

17:04 - 30 Sentyabr 2016

Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində "Feyenoord"la keçirililən matçda (1 - 0) "sarı-lacivərtlilər"in aparıcı futbolçularından olan Cermen Lens zədələnib.

 

Topuğundan xəsarət alan hollandiyalı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. 28 yaşlı yarımmüdafiəçinin Super Liqanın 6-cı turu çərçivəsində "Osmanlıspor" keçiriləcək görüşdə iştirak etməyəcəyi bildirilir.

Xəbər xətti