Türkiyə millisinin heyəti açıqlandı: Arda, Selçuk, Burak yenə kənarda qaldı

18:35 - 30 Sentyabr 2016

Türkiyə milli komandasının dünya çempionatının seçmə nərhələsi çərçivəsində keçirəcəyi matçlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Fatih Terim İslandiya və Ukrayna ilə oyunlar üçün 24 futbolçuya dəvət göndərib. Təcrübəli mütəxəssis Arda Turan, Səlçuk İnan, Caner Erkin, Burak Yılmaz və Gökhan Gönülü bu dəfə də heyətə daxil etməyib.

 

Türkiyə milli komandasının heyətini təqdim edirik:

 

Qapıçılar: Volkan Babacan, Onun Kıvrak, Harun Tekin

 

Müdafiəçilər: Şener Özbayraklı, Kaan Ayhan, Ahmet Yılmaz Çalık, Çağlar Söyüncü, Hakan Balta, Ömər Toprak, Hasan Ali Kaldırım, İsmail Köybaşı

 

Yarımmüdafiəçilər: Emre Mor, Volkan Şen, Hakan Çalhanoğlu, Mehmet Topal, Ozan Tufan, Okay Yokuşlu, Tolqa Çigerçi, Yasin Öztekin, Olcay Şahan

 

Hücumçular: Yunus Mallı, Mevlüt Erdinç, Enes Ünal, Cenk Tosun.

Xəbər xətti