Nazarov komandasının məğlubiyyətinə şahidlik etdi

00:31 - 1 Oktyabr 2016

Almaniya 2-ci Bundesliqasında 8-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” bu turda doğma meydanda "Bohum"u qəbul edib. Qarşılaşma qonaqların 4 - 2 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu matçı ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, hazırda hesabında 7 xal olan “Aue” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti