Rauf Əliyevdən Prosineçkiyə mesaj: "Millidə başqa ab-hava var"

12:27 - 1 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VII turunda baş tutan “İnter” – “Zirə” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.


Sportal.az xəbər verir ki, matçdan sonra danışan meydan sahiblərinin hücumçusu Rauf Əliyev maraqlı açıqlama verib. 

 

Milli komandanın heyətinə son toplanışlarda dəvət almayan futbolçu yığmanın onun üçün önəmli olmadığını bildirib:

 

“Açığı, milli barədə çox danışmaq istəmirəm. Millidə nə olacaq, dəvət alacam, ya yox, bilmirəm. Dəvət alsam milli üçün canımı qoymağa hazıram. Milliyə dəvət almaq artıq mənim üçün vacib deyil. Bir növ belə söhbətlərdən yorulmuşam. Əgər dəvət almayacamsa, o qədər də məyus olmayacam. Artıq alışmışıq və millidə başqa ab-hava var”. (Qafqazinfo)

Xəbər xətti