"Qarabağ" Qəbələyə də təyyarə ilə gedəcək

12:37 - 1 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VII turu liderlərin dueli ilə yadda qalacaq.

 

Sportal.az xəbər verir ki, hazırda birinci pillədə qərarlaşan "Qəbələ” doğma azarkeşləri önündə son çempion "Qarabağ”ı qəbul edəcək. 
 
Əldə etdiyimiz məlumata görə, "Qarabağ” sabah baş tutacaq oyun üçün Qəbələyə təyyarə ilə gedəcək. Belə ki, Ağdam təmsilçisi Bakı – Qəbələ reysi ilə həmin şəhərə yollanacaq. Bizdə olan bilgiyə görə, "Qarabağ” sıx qrafikdə oynadığı üçün ölkə daxili səfərlərində də hava nəqliyyatından istifadə edir.

 

"Atlılar” Gəncə səfərində də eyni üsuldan istifadə etmişdi. 
 
Qeyd edək ki, "Qəbələ” – "Qarabağ” matçı saat 19:00-da başlayacaq. 

 

Xəbər xətti