"Qəbələ"nin rəqibi "Lion"a uduzdu VİDEO

13:59 - 3 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Sent-Etyenn" klubunun ölkə çempionatının 8-ci turu çərçivəsində səfərdə "Lion"la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin rəqibi oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.

 

"Sent-Etyenn" 12 xalla 9-cu pillədə qərarlaşıb, "Lion" isə 13 xalla 5-cidir.

 

"Lion" - "Sent-Etyenn" 2:0
Qollar:
Darder, 41. Qezzal, 88

 

 

Xəbər xətti