Azərbaycan kubokunun püşkü atılır

16:54 - 3 Oktyabr 2016

Azərbaycan kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, tədbir 6 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

 

Bu il Azərbaycan kuboku uğrunda 19 komanda yarışacaq.

 

Tam siyahı belədi: "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor", "Səbail".

Xəbər xətti