Ronaldinyo buna görə təəssüflənir

11:30 - 4 Oktyabr 2016

Braziliya yığmasının və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, Ronaldinyo keçmiş komanda yoldaşı Lionel Messi haqda fikirlərini bildirib:

 

“Futbolçu karyeramda nə arzulamışamsa, nail olmuşam və bununla fəxr edirəm. Karyeramda yalnız bir şeyə təəssüflənirəm ki, meydanda Messi kimi futbolçu ilə az vaxt keçirmişəm. İlk məşqlərdə utancaqlığı ilə diqqət çəkən həmin uşağı unutmayacam. Həmin vaxt əmin olmuşduq ki, bu uşaq böyük futbolçu olacaq. Onun "Barselona"dakı ilk qolunun ötürməsini də mən vermişəm. Həmin oyun dəqiqiliklə yaddaşımdadır. Ona çox ürək-dirək verirdim".

 

Qeyd edək ki, hazırda klubsuz olan Ronaldinyo 2003/08-ci illərdə "Barselona"da çıxış edib.

Xəbər xətti