Futbolçulara maraqlı cəza: Qadın komandasına göndərildilər

10:52 - 5 Oktyabr 2016

Çexiya çempionatının son turunda "Brno" ilə qarşılaşan "Sparta" 3:2 hesabı ilə öndə olsa da, bü üstünlüyü sona qədər qoruya bilməyib. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, "Brno"nun son qolunda hakimin kobud səhvi olub. Belə ki, ofsayd bayrağını qaldırmayan qadın yan xətt hakimi buna görə meydan sahiblərinin iki futbolçusunun ciddi etirazı ilə üzləşib. Oyundan sonra isə Tomnaş Koubek və Lukaş Vaça etirazlarını sosial şəbəkədə də bildiriblər. Onlar qadınların mətbəxdə daha yaradıcı olduqlarını və kişilərin oyununa təyinatını xoş qarşılamadıqlarını bildiriblər.
 
Ancaq onların bu açıqlaması "Sparta" rəhbərliyinin xoşuna gəlməyib. Futbolçular üzr istəsələr də, Praqa təmsilçisinin rəhbərliyi onları bir müddətlik qadın futbolçulardan ibarət komandada məşq etməklə cəzalandırıb.

Xəbər xətti