Daha bir klub Azərbaycan kubokundan imtina etdi

14:49 - 5 Oktyabr 2016

“Ağsu” Futbol Klubu Peşəkar Futbol Liqasına məktub ünvanlayıb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib.

 

Beləliklə, kubok uğrunda 18 komanda mübarizə aparacaq.

 

Xatırladaq ki, "Mil Muğan", "Energetik" və "Göyəzən" də yarışa qatılmaqdan imtina etmişdi.

Xəbər xətti