AZAL həvəskar komanda ilə qarşılaşacaq

13:03 - 7 Oktyabr 2016

Milli komandamızın oyunları ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədən yararlanmağa çalışan AZAL-ın hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov fasilə zamanı komandasının gücünü iki yoxlama oyununda sınayacaq. Belə ki, "təyyarəçilər” ilk olaraq həvəskarlar liqasında oynayan "Binə” ilə qarşılaşacaq.  "AZAL Arena”da keçiriləcək oyun oktyabrın 8-nə təyin olunub. Bakılıların ikinci rəqibi isə öz əvəzediciləri olacaq. 
 
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasında geridə qalan 7 tur ərzində cəmi 2 xal toplamağı bacarıb. 

 

Xəbər xətti