"Sumqayıt"ın Müşahidə Şurasında dəyişiklik

16:24 - 11 Oktyabr 2016

"Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, ilk növbədə şuranın üzvlərinə dəyişikliklər haqqında məlumat verilib.
 
Belə ki, Müşahidə Şurasına Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov dəvət olunub.

 

İclasda həmçinin, əsas komandanın Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub.

Xəbər xətti