İlqar Ələkbərov: "Kəpəz"lə oyunda bu vəziyyətə son qoyacağıq"

17:37 - 14 Oktyabr 2016

AZAL-ın futbolçusu İlqar Ələkbərov Sportal.az-a açıqlama verib.

 

Komandanın əsas futbolçularından olan Ələkbərov "Kəpəz"lə keçiriləcək oyunun hazırlıqlarından danışıb: "Hər oyuna olduğu kimi, "Kəpəz"lə qarşılaşmaya da ciddi hazırlaşırıq. Çempionatda xeyli dasilə yaranmışdı və bu tur evdə oynayacağıq. Məqsədimiz 3 xal qazanmaqdır. Bizi asan oyun gözləmir. Rəqib yaxşı komandadır, lakin bu oyunda qalib ayrılan tərəf biz olmaq istəyirik".

 

Yarımmüdafiəçi fasilədə xeyli çalışdıqlarını bildirib: "Fasilədən çalışdıq ki, yaxşı yararlanaq. Məncə, bunu etdik. Fiziki və texniki cəhətdən çatışmayan tərəflərin üzərində çalışmışıq. Ümid edirik ki, bunun bəhrəsini görəcəyik. Bir yoxlama görüşü də keçirdik və lazım olanların üzərində çox çalışdıq".


Paytaxt klubunun futbolçusu son pillədən qurtulmaq üçün çalışacaqlarını söyləyib: "Ötən ildə də belə bir vəziyyətlə üz-üzə qalmışdıq. Premyer Liqada zəif rəqib yoxdur, sadəcə zəif çıxış var. Bu il də yaxşı başlamdıq, bu durumdan çıxmağa çalışacağıq. "Kəpəz"lə oyunda bu vəziyyətə son qoyacağıq".

Xəbər xətti