Luçesku: "Qvardiola Mourinyodan daha kobuddur"

19:47 - 14 Oktyabr 2016

"Zenit"in baş məşqçisi Mirça Luçesku Pep Qvardiolanın Joze Mourinyodan daha kobud olduğunu düşünür.

 

Sportal.az xəbər verir ki, rumıniyalı baş baş məşqçi verdiyi açıqlamada Mourinyo haqda gözəl fikirlər səsləndirib. "Dolce Sport"a danışan Luçesku bunları bildirib:

 

"Mourinyo möhətşəm insandır. Amma mənim futbol anlayışım onunkundan tamamilə fərqlidir. Mən daha çox hücum futboluna üstünlük verirəm. Bütün komandalarım qol rekordları qırmışdır".


Mourinyo və Qvardiola arasındakı fərqlərə də toxunan Luçesku bunları qeyd edib:

 

"Mourinyo Qvardioladan daha kobud görünür, amma əslində tam əksinədir. Hər ikisi böyük baş məşqçidirlər".

 

Xəbər xətti