Tərlan Əhmədov: "Netçi"dən təklif olmayıb"

18:27 - 16 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən AZAL - "Kəpəz" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.
 
"Komandanın oyunundan razı qaldım. Uşaqlar mübarizə apardı. Qalib gəlməli idik. Ötən mövsüm bu meydanda qalib gələndə deyirdilər ki, AZAL meydançanı lənətləyib, rəqiblər uda bilmirdilər. İndi isə 83-cü dəqiqələrdə qol buraxıb, məğlub oluruq. İndi həmin adamlar niyə bu barədə yazmırlar? Hələ ki, gözləyirəm, heç bir açıqlama yoxdu. Sürətli hücumlarla nəsə etməyə çalışırdıq. Hücum xəttindəki problemi həll edə bilmirik. Görüləcək işimiz çoxdu. Hələ qarşıda uzun müddət var. Birlikdə bunun öhdəsindən gələcəyik.

 

Əhmədov bundan başqa komandada lider oyunçunun olmamasından şikayətlənib: "Keçən il komandanın lideri var idi, bu gün yoxdu. Rail Məlikov ötən il bu funksiyanı yerinə yetirirdi. Murad Səttarlı, Namaşkonun bizə çox köməyi deyirdi. Futbolçuların səviyyəsinə uyğun nəsə etməyə çalışırıq".

 

Gənc çalışdırıcı Tural Hümbətovun "qəbirqazan" rolunu oynaması məsələsinə münasibət bildirib. Görəsən, Hümbətovun yerinə başqa futbolçunu oynatmaq olmazmı? Tərlan bəy suala belə cavab verib: "Özünüz suala cavab verdiniz. Məndən olsaydı, Vadar müəllimi həmin mövqeydə oynadardım. Kamil Hüseynova demişəm ki, Maştağadan futbolçu çıxmayıb. Amma göz sən göz muncuğusan. Başqa alternativ yoxdu. Ya məcburam, özüm oynayım, ya da o".

 
Tərlan bəy açıqlamasında ümidli danışdı. Maraqlıdı, o, mövsümün sonuna kimi komandada qalacaqmı? 
 
"Fikrət müəllimlə qardaş kimiyik. Gənc vaxtlarımızda bir yerdə futbol oynamışıq. İnsani baxımdan komandanı atıb getmək düzgün deyil. Kimsə desə ki, komandanı uçurumdan çıxaracam, onda getməyə hazıram. Uzun müddət komandada qalacam. Nə pulu fikirləşirəm, nə də top komandanı çalışdırmaq. Bir-iki təklif olub. Amma ad açıqlamayacam. Müqavilə olmasa da, aramızda səmimiyyət var. Təklif gəlsəydi də, bunu geri çevirəcəkdim. "Olimpik" olanda da bu komandanda kapitan kimi çıxış etmişəm. Keçən il ötən ildə qaldı. Buna görə sağ ol dedilər, qaldı tarixdə. Sırf "Netçi"dən təklif olmayıb. Olsa da, ancaq rəhbərlik "get" desə, gedərəm. (Futbol11.az)

Xəbər xətti