"Zirə"də ciddi itki

11:22 - 17 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda "Zirə" səfərdə AZAL-la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Şüvəlanda baş tutacaq matça "qartallar" ciddi itki ilə çıxacaq. Belə ki, paytaxt klubunun baş məşqçisi Adil Şükürov gənc futbolçusu Vüqar Mustafayevin xidmətindən istifadə edə bilməyəcək. Buna Mustafayevin cəzalı duruma düşməsi səbəb olub.

 

"Neftçi" ilə oyunda sarı vərəqə alan futbolçu mövsüm ərzində dördüncü xəbərdarlığını alıb. Bu isə onun AZAL-la oyunda iştirak etməyəcəyi deməkdi. 

 
Qeyd edə ki, AZAL – "Zirə" oyunu oktyabrın 24-də baş tutacaq. 

 

Xəbər xətti