"Rəvan"ı "Bayıl Arena"dan qovdular

15:50 - 18 Oktyabr 2016

Birinci Divizionda mübarizə aparan “Rəvan” klubu çıxılmaz vəziyyətdədir.

 

Sportal.az fanat.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə, cüzi məbləğə bu klubda oynamağa razı olan futbolçular maaşlarını ala bilmədikləri üçün məşqə çıxmaqdan imtina ediblər.

 

Klub rəhbərliyi pulların ödəniləcəyini vəd edərək, problemi müvəqqəti aradan qaldırsa da, “Rəvan”daha bir xoşagəlməz sürprizlə üzləşib.

 

Belə ki, paytaxt klubu uzun müddətdir icarə haqqını ödəmədiyi üçün “Bayıl Arena”dan qovulub. Komanda bundan sonra Qaraçuxur qəsəbəsində yerləşən bazasında, standartlara cavab verməyən meydançada məşq edəcək.

 

AFFA “Rəvan”a yalnız “Bayıl Arena”da rəsmi matçlarını keçirmək üçün icazə verib.

 

Xəbər xətti