Rəşad Abdullayevin yeni klubu məlum oldu

12:44 - 21 Oktyabr 2016

Premyer Liqada işləri qaydasında getməyən AZAL heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az Futbol11.az-a istinadla xəbər verir ki, söhbət millimizin sabiq üzvü Rəşad Abdullayevdən gedir. Ötən mövsüm başa çatdıqdan sonra "Zirə”dən ayrılan və  klubsuz qalan Abdullayev sabiq komandasına dönməyə razılıq verib. Tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Abdullayev 2014/15 mövsümünün sonunda AZAL-ı "Zirə”yə dəyişmişdi. 

 

Xəbər xətti