"Qalatasaray"ın sabiq futbolçusu öldürüldü

11:31 - 22 Oktyabr 2016

“Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb.

 

Sportal.az xəbər verir ki, oyunçu Cengiz adlı dostu tərəfindən başından silahla vurulub. Belə ki, onlar kafedə oturub yeyib-içdikdən sonra mübahisə ediblər. Hər iki tərəf kafeni tərk edib. Lakin Burhana qarşı əsəbi soyumayan Cengiz kafenin önündə dostunun başına 5 dəfə silahla atəş açıb. Xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub. 21 yaşlı futbolçu İstanbul klubundan "Amedspor"a, daha sonra isə "Silivrispor"a transfer olmuşdu.

 

Xəbər xətti