İlin ən yaxşı məşqçisi mükafatına namizədlərin adları açıqlandı SİYAHI

14:36 - 22 Oktyabr 2016

FİFA ilin ən yaxşı məşqçisini müəyyənləşdirmək üçün ilkin siyahını tərtib edib.
 

Sportal.az xəbər verir ki, ilkin siyahıda “Çelsi”nin baş məşqçisi Antonio Konteylə “Mançester Yunayted”in çalışdırcısı Joze Mourinyo yoxdu.

 

Siyahıda bu məşqçilərin adları var:

 

Massimiliano Alleqri – “Yuventus”
Zinəddin Zidan – “Real”
Klaudio Ranyeri – “Lester Siti”
Loran Blan – PSJ-nin sabiq baş məşqçisi
Unay Emeri – “Sevilya” / PSJ
Yurgen Klopp – “Liverpul”
Pep Qvardiola – “Bavariya” / “Mançester Siti”
Luis Enrike – “Barselona”
Dieqo Simeone – “Atletiko”
Yoahim Löv – Almaniya yığması
Kris Koulmen – Uels yığması
Maykl Onil – Şimali İrlandiya yığması
Didye Deşam – Fransa yığması
Lars Laqerbak – İslandiya yığması
Xuan Antonio Piççi – Çili yığması
Fernandu Santuş – Portuqaliya yığması

 

Mükafatlandırma mərasimi gələn ilin yanvar ayında Sürixdə keçiriləcək.

Xəbər xətti