Kamran Ağayevli "Boavişta" səfərdə xal qazandı VİDEO

16:08 - 22 Oktyabr 2016

Milli komandamızın üzvü Kamran Ağayev Portuqaliyanın "Boavişta” klubunun heyətində növbəti oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Portu təmsilçisi VIII turda səfərdə "Maritimu”nun qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Millimizin qolkiperi start heyətində meydana daxil olub və sona qədər mübarizə aparıb. Oyunun gedişi zamanı "Boavişta”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Ancaq rəqibin futbolçusu Dieqo Souza Kamranı məyus edib. 
 
Təcrübəli əlcək sahibi oyunun 74-cü dəqiqəsində vaxtı aparmağa cəhd etdiyi üçün sarı vərəqə ilə cəzalanıb. 
 
Bu heç-heçədən sonra Ağayevin komandası xallarının sayını 9-a çatdırıb və 18 komanda arasında 10-cu pillədə qərarlaşıb. 

 

Qarşılaşmaının icmalı: http://videos.sapo.pt/9J1O3G7pYNwHkgRk7VnH

Xəbər xətti