Lippi rəsmən millinin "sükanı arxası"na keçdi

16:35 - 22 Oktyabr 2016

Marçello Lippi  Çin millisinin baş məşqçisi təyin edilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Çin Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, bu posta vəzifəsindən qovulan Qao Honqbonu əvəz edib.

 

Lippinin illik maaşı 18 milyon avro olacaq.

 

Xatırladaq ki, Çin FİFA-nın reytinq cədvəlində 84-cü yerdədir.

 

Qeyd edək ki, Marçelo Lippi 2004-06 və 2008-10-cu illərdə İtaliya yığmasını çalışdırıb. O, 2006-cı ildə İtaliyaya dünya çempionluğunu qazandırıb.

Xəbər xətti